Ədəbiyyat
09.03.2018 / 15:09

Gedirəmki, qayıdım…

Gedirəmki, qayıdım…
Günel Emin


(Qısa hekayə)

-Mən gedirəm. Bağışla...

-Hara? Nə vaxt qayıdacaqsan?

-Özümə gedirəm. Mənə vaxt lazımdır. Gedirəm ki, qayıdım. Gözlə məni…

-Sən qayıdanda, mən olmayacağam. Get, yolun açıq olsun...

-Niyə harda olacaqsan ki?

-Əbəs yerə gözləməyi və aldanmağı sevmirəm. Səndən sonra mən də gedəcəyəm...

-Getməyə səbəblərim var. Səbəblər bitsin, dönəcəyəm. Sən getmə…

-Bilirsən, ayrılanda səbəb axtaranlar var ha, onlar çox safdırlar. Ayrılıq səbəbsiz də ola bilər. Amma hökmən səbəbini bilmək istəyirsənsə, ən azı 3 səbəb tapmaq olar:

1. Mən pisəm, sənə layiq deyiləm...

2. Sevgi bitdi, maraqsızdı. Özümüzü aldatmayaq. Başqasını sevirəm...

3. Tək qalmağa ehtiyacım var...

Gedirəmki, qayıdım…


İnform.az

Baxış sayı: 315