Hüquq
08.03.2018 / 12:50

Quldurlu edən şəxs yaxalanıb

Quldurlu edən şəxs yaxalanıbFevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə pəncərədən girən naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev yaxalanıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Baxış sayı: 168