Dünya, Hərbi
08.03.2018 / 11:46

Ermənistanda keşişlər əsgər meyiti üzərində dalaşırlar

Ermənistanda keşişlər əsgər meyiti üzərində dalaşırlar
Yaxın günlərdə Ermənistanda ali dini şuranın iclası keçiriləcək.

Ordu.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, iclasda cəbhədə məhv edilən erməni əsgəri Qriqor Yeğoyanın kilsədə dəfn edilməsinə icazə verilməməsi müzakirə ediləcək.

Kilsənin təcrübəsiz keşişi ölən erməni əsgərinin uzun müddət Ermənistanda yaşamamasına görə diqqətli olmağa, Şirak dini liderini məlumatlandırmağa çalışıb. Şirak vilayət kilsəsinin dini lideri isə, onun əsgər olduğuna köklənməməyi, mülki qayda ilə dəfn etməyi tövsiyyə edib. Nəticədə, baş verən hadisə qalmaqala səbəb olub.

Xatırladaq ki, ölən erməni əsgərin meyitini əvvəl kilsədə qoyulmasına icazə verilməyib. Daha sonra vəftiz edilmədiyinə görə dini ayinlərə uyğun yox, mülki qaydalara uyğun dəfni təşkil edilib.

İnform.az

Baxış sayı: 491