Baş xəbər, Hərbi, Qarabağ
07.03.2018 / 16:45

Mümkün olan və olmayan: "Erməni hərbi qulluqçular qrafik üzrə qırılırlar"

Mümkün olan və olmayan:
Bu gün Ermənistan mövcudluğu barədə təhlükələrlə üz-üzə qalıb. Ermənistanda hakimiyyət hələ də baş verə biləcək nəticələrə barmağarası yanaşaraq, bunun hesabına suyun üzərində dayanır. Sıravi erməni vətəndaşlar həyatlarının cari və gələcək zamanlarında, konkret nə iş görəcəklərinə dair çaşbaş qalıblar.

İstənilən halda Ermənistanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, məsələ hər zaman gündəmdədir. Hesab edək ki, biri ağırlıq üzrə dünya çempionudur. O, yerdən maksimal gücü çatan 200 kq ağırlığı qaldırır. İdmançı olmayan sıravi vətəndaş da özünə görə maksimal güc olan 50 kq ağırlığı qaldırır. Belində travması olan bir başqasının da gücü 2 kq ağırlığa çatır. Əgər zorla 5 kq qaldırarsa, buna tab gətirə və həzm edə bilməz. Eynilə Ermənistan kimi...

Ermənistan kiçik bir maneə, bir oyun və rəqsdir. Gəlin bu sözlərin doğruluğunu düşmənin öz dili ilə, erməni jurnalisti Ara Harutyunyanın lragir.am saytında çıxan məqaləsi ilə göstərək:

"Ermənistan ərazisi Sevan (Göyçə-red.) gölünün şirin su ehtiyatları da daxil olmaqla, öz şirin su ehtiyatları, su elektrik stansiyası, hesabsız mədənləri, qeyri-dəmir mədənləri, atom stansiyası, dagətəyi vadilər, bərəkətli Ararat düzənliyi, sulu əraziləri dəyişik iqlim şəraiti ilə zəngindir.

Bu sərvəti dağıtmaq üçün biz özümüz unikal olmaq məcburiyyətindəyik və biz bunu etdik. Dağıtdıq, insanların ölkəni tərk etməsinə nail olduq, hərbi qulluqçuları da qrafik üzrə qırırıq.

Kilsəyə oliqarxlara, yalançılara, dilənçilərə, qolu zorbalılara, layiqsizlərə də öz paylarını verib. İnsanlara daha heç nə lazım olmadığını, öz başının çarəsinə baxacağını düşünürdük. İnsanlar da öz başının çarəsinə baxırdı. Alınmadığı halda ölkəni tərk edirdilər. Vaxt yetişər biz də ölkəni tərk edərik. Amma məsələ bundadır ki, kimin kim olduğunu hələ dərk etməmişik. Kimə hörmət edilməli olduğumuzu, kimi məhv etmək lazım gəldiyini seçə bilməmişik. İlanı isidib, canavarı yemləmişik və bit-birədən qorxmuşuq.

Konstitutsiya yolu ilə prezidentliyi ləğv etdik, qurucular belə bir abidə yaratmaq üçün aralarından sürgün edilməli və mütləq sıradan çıxarılmalıdır. Konstitusiya saxtakarlıq və fırıldaqçılıq, o cümlədən terror yolu ilə qəbul edildi.

Bunu edərkən, on minlərlə insan təqsirləndirildi və yumşaq desək, bir insan kimi ziyan gördülər. Konstitutsiyaya görə yeni vəzifələr paylanmalı idi. İlk rəsmi məmur, prezident fırıldaqçılıqla təyin edildi. Yeni prezidentin illərlə Böyük Britaniyada olması da ona kömək etmədi. Yeni prezident yenidən günahlara batanların yanına qayıtdı.

Əlbəttə biz yenə yeni prezidenti də həzm edəcək, həm də hörmətlə yanaşmağa davam edəcəyik.

Onlar ölkəni dağıtmağı bacardılar. Hakimiyyətdəkilərin düşmən olduqlarını anlamadığımız üçün axmağıq. Erməniləri didərgin saldınız, sizə halaldır. Sizin özünüzü sürgün etməyin lazım olduğunu dərk etmədiyimizə görə günahkarıq. Ancaq erməni əsgərlərindən əlinizi çəkin, onları heç nə saymağa hüququnuz yoxdur. Bu yazılanların əsgər analarına çatacağına əminəm. Dini inancın tətbiqi ilə, övladlarınızın top ətinə döndərilməsinə imkan verməyin".

ordu.az

Baxış sayı: 174