Hüquq
07.03.2018 / 16:38

Penitensiar xidmətin Baş idarəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib- FOTO

Penitensiar xidmətin Baş idarəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib-
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilib.

Bu barədə İnform.az-a Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr idarəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Məhərrəm Qafarov ölkəmizdə qadınların cəmiyyətdəki rolunun artmasına, ictimai həyatda fəal olmasına geniş imkanlar yaradıldığını bildirmiş, ədliyyə sistemində, o cümlədən Penitensiar xidmətdə xeyli sayda qadının çalışdığını vurğulayıb.

Rəis müavini Məhərrəm Qafarov ədliyyə nazirinin müavini - Penitensiar xidmət rəisi ədliyyə general-mayoru cənab Ceyhun Həsənovun adından bütün qadın əməkdaşları təbrik etmiş, onlara cansağlığı, ailə səadəti, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Bayram münasibətilə Penitensiar Xidmətdə çalışan qadınlara pul mükafatı və hədiyyələr təqdim edilmiş, bayram süfrəsi təşkil olunub.

Penitensiar xidmətin Baş idarəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib-


Penitensiar xidmətin Baş idarəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib-


Penitensiar xidmətin Baş idarəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib-


İnform.az



Baxış sayı: 327