Mədəniyyət
23.07.2015 / 12:35

Fidan və Xuraman Qasımovalar Londonda

Fidan və Xuraman Qasımovalar Londonda

Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülən Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova bu münasibətlə iyulun 27-də London şəhərində keçiriləcək konsert proqramında çıxış edəcək.
Konsert proqramında Fidan və Xuraman Qasımovaların iştirakı, Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etməsi nəzərdə tutulub.
Qeyd edək ki, səfərin təşkili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 263