Elm-təhsil
07.03.2018 / 15:27

“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib- FOTO

“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib-
Martın 7-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru akademik İradə Hüseynova 75 nəfər xanım əməkdaşı olan müəssisənin elmi, pedaqoji və ictimai həyatında onların fəallığının daim nəzərə çarpdığını bildirib.

Akademik Azərbaycan xanımlarını zəriflik, ülvilik, gözəllik və sədaqət rəmzi kimi xarakterizə etmiş və bütün qadınlara hər zaman Azərbaycan qadını simvolunu özündə yaşatmağı arzu edib.

O, müasir biologiya sahəsində alim xanımlarımızın elmi fəaliyyətləri, tədqiqatları ilə uğur qazandıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin gənc alim və mütəxəssislərin əksəriyyətini xanımlar təşkil etdiyini bildirib.

Onlar həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edirlər.

Akademik yekun olaraq qadın əməkdaşlara şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, əziz gün münasibətilə onları səmimi qəlbdən təbrik etdi. Xanımlara bayram münasibətilə hədiyyələr təqdim edilib.

“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib-


“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib-


“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib-


“8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib-


İnform.az

Baxış sayı: 213