Siyasət
07.03.2018 / 15:05

Azərbaycan XİN rəhbərlərinin Bakıda dördtərəfli görüşü keçiriləcək

 Azərbaycan XİN rəhbərlərinin Bakıda dördtərəfli görüşü keçiriləcək
Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.

İnform.az APA-ya istinadən xəbər verir ki, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.

Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.

İnform.az

Baxış sayı: 190