Diaspora Akademiyası, Dünya
07.03.2018 / 13:20

azərbaycanlı diaspor rəhbəri təltif edilib- Rusiyada

azərbaycanlı diaspor rəhbəri təltif edilib-
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib. Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova“Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.

Tədbirdə Domodedovo şəhər idairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.

Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə. Rəhimov Moskva vilayətində Azərbaycan diasporunun fəaliyyətindən danışıb: "Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Biz, Moskvavilayətindəməktəbvəuşaqbağçalarının, yaşayışvəinzibatibinalarıninşasındafəaliştirakedirik. Fəxredirəmki, Rusiyadaözxalqımılayiqincətəmsiledirəm”.

Qeyd edək ki, Ə. Rəhimov Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından biridir.

Rusiyanın Əməkdar İnşaatçısı olan həmyerlimiz uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinini ctimai-siyasi həyatında yaxından iştirak edir. Ə. Rəhimov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və "Şöhrət" ordeni, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

azərbaycanlı diaspor rəhbəri təltif edilib-


azərbaycanlı diaspor rəhbəri təltif edilib-


İnform.az

Baxış sayı: 160