Qarabağ
07.03.2018 / 14:10

Ermənistandan növbəti təxribat - 3-cü yol inşa edilir

Ermənistandan növbəti təxribat -Ermənistan qanunsuz olaraq işğal altında olan Qarabağa, 3-cü Kəlbəcər-Norabak-Zod yolunun inşasına hazırlıq işlərinə başlayıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, məlumatda Kəlbəcər şəhərindən Qeğarkunik vilayətinin Zod kəndinə çatmaqla, əsas ana yola birləşmək üçün 26 km uzunluğunda yolun inşa ediləcəyi bildirilir.

Yolun inşası işlərinin 2018-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Ermənistan 2017-ci ilin sentyabr ayında işğal altında olan Qarabağa 2-ci Vardenis-Ağdərə yolunu çəkib.

İnform.az

Baxış sayı: 125