İdman
07.03.2018 / 14:02

“Billiat söhbəti bağlanıb”

“Billiat söhbəti bağlanıb”“Xama Billiatla bağlı söhbət bizim üçün bağlanıb”.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün təşkil edilən AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Qurbanov “Mamelodi Sandauns”un hücumçusu Xama Billiatın mümkün transferinə də toxunub.

Qış fasiləsində maraqlandıqları, lakin keçidi reallaşmayan Zimbabve millisinin üzvü ilə danışıqları dayandırdıqlarını bildirən çalışdırıcı onu siyahılarından çıxarmadıqlarını da vurğulayıb: “Transfer pəncərəsi” qapanıb. Danışıqlar da dayanıb. Çünki indi ehtiyac yoxdu. Belə deyək, siyahımızda bir neçə oyunçunun adı varsa, o da onların sırasındadı. “Mütləq gələcək” kimi bir fikrim yoxdu. Oyununu izləmək üçün CAR-a getmək fikrim də yoxdu, yaxından tanıyırıq”.

Qeyd edək ki, Xama Billiatın “Mamelodi Sandauns”la müqavilə müddəti yaya qədərdi.

İnform.az

Baxış sayı: 213