---
07.03.2018 / 11:44

Polis polkovnik-leytenantı Elnur Həsənova fəxri ad verilib

Polis polkovnik-leytenantı Elnur Həsənova fəxri ad verilibGənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.

Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə kimi dəyərləndirilib. Müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumatda deyilir ki,tədbirdə hazırda bu strategiya möhtərəm dövlət rəhbərimiz tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Bu səbəbdən də, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.

Daha sonra ölkə idmanının inkişafında əldə etdikləri yüksək nəticələrə görə bəzi idman mütəxəssislərinə fəxri adlar verilib. Bu sırada DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənova “Əməkdar məşqçi” fəxri adı verilib.

Qeyd edək ki, E.Həsənovun yetirmələri ölkəmizin karate üzrə milli komandasının heyətində dünya və Avropa çempionatlarında uğurla çıxış edib, dəfələrlə yüksək nəticələr qazanıblar.


Baxış sayı: 67