Gündəm, Şərhlər
23.07.2015 / 12:16

Balaca akvarium balığının hiyləsi

Balaca akvarium balığının hiyləsi

(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az


Əvvəli burada

Ertəsi gün Nərmini rahat buraxıb dərs zamanı, hey sinifimizin gözəli olan Nigara baxırdım. O başqa bir fakültədə oxuyan bir oğlanla gəzirdi.
Nəhayət, fasilədə ona yanaşıb dedim:
-Nigar, sənə bir işim düşüb. əvəzində nə desən edərəm.
Nigarın mavi gözləri parıldadı:
- Həəə? De görüm nə işdir?
-Dərs qutaranda mənə həyət qapısına kimi səninlə söhbət etməyə, əl-ələ verməyə icazə ver.
-Aa? Oqtay görsə nə deyər?
-Əşşi, görməz. Görsə də deyərsən yalandan söhbət edirdik.
Nigar heç nə başa düşməsə də, razılaşdı. 1 2 dəqiqə əl-ələ vermək nədir ki?!
Ürəyim döyünə-döyünə dərsin qutarmağını gözlədim. Nəhayət zəng vuruldu. Hamı bir-biriləri ilə danışa danışa dəstə ilə çıxdı. Həyətə çıxanda Nigara dedim:
-Bir az gözləyək.
O, başını yırğalayaraq razılaşdı. Həyət tələbələrlə doluydu. Uzaqdan Nərminin gəldiyini görüb tez Nigarın qolundan tutub dedim:
-Hə, gedək.
Və bərkdən danışa -danışa başımı qıza tərəf əydim və beləcə yanaşı gedirdik. Ara vermədən danışırdıq. Nigar da heç nə başa düşməyib, üzümə baxaraq hey gülürdü.
Təbii ki, Nərmin bizi görürdü. Mən ona tərəf baxmasam da, altdan-altdan hiss edirdim ki, təəccüblə bizə baxır. Beləcə həyət darvazasına qədər getdik. Nərmin də gəlib öz avtobusuna tərəf yollandı. Hiss edirdim ki, bərk fikirləşir.
Ertəsi gün böyük fasilədə pəncərədən gördüm ki, Nərmin tək həyətdə gəzinir. O dəqiqə başa düşdüm ki, məni gözləyir.
Quş kimi pillələrdən uçub həyətə çıxdım. Məni görüb dayandı. Tövşüyə-tövşüyə ona çatıb, cəsarətlə əlindən tutdum. O təəccüb elədi, amma etiraz etmədi.
Beləliklə, balaca akvarium balığının ağıllı təcrübəsi mənə xoşbəxtliyimə çatmaqda yardımçı oldu.
Balaca akvarium balığının hiyləsi çox mətləblərə işıq salır. Əvvələn bu sübut edir ki, bütün canlıların təfəkkür imkanları eynidir, yəni özünə lazım olan qədərdir.
Ikincisi, insanlar arasında olduğu kimi başqa canlılar arasında da dişilər eyni xarakterdədirlər. Onların da bunların da zəif damarları var və bütün aləmdə qadınlar eyni məntiqlə davranırlar. Daha doğrusu məntiqsiz.

Ardı var...

Baxış sayı: 481