Hüquq
06.03.2018 / 14:00

Maşın oğruları həbs olundular

Maşın oğruları həbs olundularDİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz şəhər sakini Elnur Mustafayev fevralın 8-də Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında “VAZ-2107” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil martın 5-də Xaçmaz şəhəri ərazisində atılmış vəziyyətdə tapılıb.

RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin avtomobili qaçırmaqda şübhəli bilinənlər Xaçmaz şəhər sakinləri İmran Rzayev və əvvəllər məhkum olmuş Orxan Qəribov və rayonun Qaraqurtlu kənd sakini Həsən Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 212