Qarabağ
06.03.2018 / 15:15

Qarabağda mülki sakin erməni hərbçini bıçaqlayıb

Qarabağda mülki sakin erməni hərbçini bıçaqlayıb
Hərbi hissənin sürücüsünü mülki şəxs bıçaqlayıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, fevralın 26-da işğal altında olan Cəbrayıl rayonu ərazisində yerləşdirilən düşmən ordusunun hissələrindən birində sürücü işləyən Vigen adlı şəxs yaşayış məntəqəsində mülki şəxslərlə mübahisə edib.

Sonradan davaya çevrilən münəqişə zəminində Vigen ayağından bıcaqlanıb. Çoxlu qan itirən hərbi hissənin sürücüsü hospitala təxliyə edilib.

İnform.az

Baxış sayı: 115