Hüquq
06.03.2018 / 15:09

Vətəndaş məmnunluğunun təminatı əsas şərtdir

Vətəndaş məmnunluğunun təminatı əsas şərtdir
Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş belə sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, müxtəlif səbəblərdən şəhər mərkəzinə gələ bilməyən kəndlərin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Hacıqabul Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

Hacıqabul rayonunun Nəvahi kəndində keçirilən səyyar xidmət zamanı əvvəlcədən müraciət edən ümumilikdə 130-dan çox vətəndaşın sənədləri qəbul edilib. Bununla yanaşı yeni sənəd almaq istəyənlər elə yerindəcə qeydiyyata alınıb. Vətəndaşlar onlara göstərilən bu diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.


Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 159