Dünya
06.03.2018 / 14:16

Ədliyyə naziri istefaya getdi - Litvada

Ədliyyə naziri istefaya getdi -Litvanın ədliyyə naziri Milda Vaynyute ölkənin baş naziri Saulyus Skvernyalislə görüşündən sonra istefa verdiyini açıqlayıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, ədliyyə naziri bu qərarı heç bir təzyiq görmədən qəbul etdiyini vurğulayıb.

Qeyd olunur ki, istefaya səbəb M.Vaynyutenin adının korrupsiya qalmaqalında hallanması səbəb olub. Bir müddət əvvəl Ədliyyə Nazirliyinin daxili audit departamenti maliyyə yoxlamasının keçirilməsi üçün maneələr törədildiyini bildirmişdi.

Litva Prezidenti Dalya Qribauskayte M.Vaynyutenin Ədliyyə Nazirliyindəki proseslərə nəzarət edə bilmədiyini bəyan etmişdi.

İnform.az

Baxış sayı: 165