Dünya
06.03.2018 / 11:35

“Zeytun budağı” uğurla davam edir

“Zeytun budağı” uğurla davam edir
Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 2872 terrorçunu məhv edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində davam edən əməliyyatlar çərçivəsində 95 terrorçu məhv edilib.

Öldürülənlərin YPG, PYD, PKK və İŞİD terrorçuları olduğu bildirilir.

İnform.az

Baxış sayı: 225