Hüquq
06.03.2018 / 10:08

Ucqar kəndlərdə tədbir keçirildi

Ucqar kəndlərdə tədbir keçirildiDaxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, müəyyən səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Lənkəran ŞRPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tədbirlərini davam etdirir.

Lənkəranın Girdəni və rayonun ucqar yaşayış məntəqələrindən olan Günəhir kəndlərində baş tutan növbəti tədbirlər zamanı ümumilikdə 65 nəfərin sənədləri qəbul edilib.
Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır.

Bu dəfə də polis əməkdaşları 3 sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların yaşadıqları ünvanlara gedərək müvafiq sənədləri toplayıblar.
Analoji tədbirlər digər kəndlərdə də davam etdirəcək

Ucqar kəndlərdə tədbir keçirildi

Məhəmməd Rzayev/Polis leytetantı

Baxış sayı: 182