İdman
05.03.2018 / 17:34

Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb

Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb
Formula-1 Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, "Oskar" kino mükafatı tarixində 90-cı illərdən Formula 1 paralel olaraq sosial şəbəkələrdə bir sıra nominasiyalar üzrə qaliblərin mükafatlandırılması mərasimini keçirir.

"Ən yaxşı mənzərə" nominasiyasında maraqlı və dramatik Bakı yarışı qalib gəlib.

Formula 1-in rəsmi "Twitter" səhifəsi bunu belə şərh edib: "Əsrin futurist trilleri".

2017-ci ildə ən yaxşı vizual effektlərə görə mükafatı Sinqapur Qran Prisi qazanıb.

İnform.az

Baxış sayı: 215