Baş xəbər, Hüquq
05.03.2018 / 08:25

Ötən gün narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib- DİN-in məlumatı

Ötən gün narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib-Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 172