Araşdırma
05.03.2018 / 08:45

Çingiz xan- Araşdırma

Çingiz xan-
Vüqar Şahbazov/tarixçi, araşdırmaçı

Çingiz xanın ən etibarlı məsləhətçisi Çin alimi Yelisuka olub. Çingiz xan Çini işğal edərkən onunla tanış olur, ölənə qədər onun bildiklərindən istifadə edərək dövlət idarəçiliyinin bütün sahələrində uğurlar qazanır. Çingiz xan Çinin hərbi və mülki mütəxəssislərindən ordu və dövlət işlərində istifadə edirdi.

Çingiz xan işğal etdyi ölkələrdə onlara qarşı müqavimət olardısa uşaqdan qocaya hamını qətlə yetirməyi əmr etmişdi. Həmin yerlərdə ağaclar belə kökündən çıxarılmış, heç bir canlını sağ saxlamırdılar. Onun ölümündən sonra oğlanları və nəvələri də eyni qəddarlığı edirdilər. Onun nəslindən olan Toxtamış xan qəddarlığına görə Çingiz xandan geri qalmırdı.

İşğal olunan ölkələrdə müəllimlər, sənətkarlar, həkimlər, memarlar öldürülmürdü. Ona görə də bir çox ölkələrin xalqları Monqol işğalı zamanı insan tələfatına az itki vermək üçün əhalinin savadlandırmağa çalışırdılar. Monqolların öz idarəçilik təcrübələri olmadığından onlar işğal etdikləri əraziləri həmin yerin qayda-qanunu ilə idarə edirdilər.

Çingiz xan işğal etdiyi ölkələrin dininə qarşı çıxmırdı. Heç bir dini bir birindən üstün tutmurdu. Onun nəvələri isə İslam dinini qəbul etmişdilər.

Çingiz xanın hərbi strategiya və taktikasının əsas xüsusiyyətini kəşfiyyat məlumatı, düşmənin qüvvələrini parçalamaq və s. təşkil edirdi.

Monqollar apardıqları bütün müharibələrdə hərbi kəşfiyyata xüsusi diqqət yetirmişdilər. Müasir dövrün ordularında olan kəşfiyyat məsələlərinin çoxu məhz monqollar dövründəki hərb sənətindən qalmışdı.

Monqollar tərəfindən “Yam” adlanan sürətli poçt sistemi qurulmuşdu. Demək olar ki, imperiyanın bir tərəfindən digər tərəfinə məlumat 1 saat içərisində ötürülürdü.

Monqol ordusu yüzminlik, onminlik, minlik, yüzlük, onluqdan ibarət hərbi dəstələrə bölünürdü. Çingiz xan monqol ordusunda islahatlar aparır, ciddi və amansız intizam yaradırdı.

Belə ki, bir qadına və çocuğa qılınc qaldırana, yolçuya barınaq və yeyəcək verməyənə, oğurluq malı satana, oğurluq olduğu bilinən malı alana, çaparı (xəbərçini), elçini öldürənə, savaşda qılınc buraxana həmçinin qılınc buraxanın yoldaşına, fərarilik edən kişiyə, təslim olan düşməni öldürən əsgərə, erkəklə cinsi əlaqədə olan erkəyə (hər ikisinə də) ölüm hökmü oxunurdu.

Su müqəddəs sayıldığından ondan gigiyenik cəhətdən istifadə olunmurdu. Bu səbəbdən monqol qoşunun gəlməsi onların qoxusundan hiss olunurdu.

Çingiz xan bir dəfə iki cümlədən ibarət belə bir fərman verir: “İl yarımdan sonra səfərə çıxacağıq. Yolda çağa səsi eşitməyim”.

Çingiz xan-

Əlbətdə bu fərman döyüşə gedən döyüşçünün fikrinin tam döyüşdə qalması və yayınmaması məqsədilə verilmişdi.

Səfər zamanı kəşfiyyat xəbər gətirir ki, çadırların birindən körpə səsi gəlir. Çingiz xan əmr edir ki, həmin şəxsi yanına gətirsinlər. Aydın olur ki, bu əsgər Çingiz xan ordusunda minbaşılardan biri və cəsur döyüşçüdür. Çingiz xan orduda bütün minbaşıları tanıyırdı.

Məhkəmə qurulur və məhkəmə bu minbaşının ölüm hökmünü çıxarır. Digər minbaşılar və nüfuzlu döyüşçülər Çingiz xandan bu cəsur döyüşçünün bağışlanmasını istəyirlər. Lakin, Çingiz xan “Mən əgər bu döyüşçünün mənim fərmanımı pozmasını bağışlasam onda biz “Böyük Monqolustan”ı yarada bilməyəcəyik” deyir və əmr icra olunur.

Xəyanəti heç bir halda qəbul etməyən Çingiz xan öz düşməni də daxil olmaqla, xəyanət edənləri edam etdirirdi. Döyüş zamanı xəyanət baş verərdisə kiçik dəstədə 10 nəfər varsa onu da qətlə yetirilirdi. Döyüş zamanı danışıq qadağan idi. Orduda müxtəlif xalqlar olduğu üçün danışıq işarələrlə aparılırdı. Monqollar bir yerə yürüşə gedərkən tutduqları yerdə heç bir qidadan qəbul etmirdilər. Çünki, onlar özləri ilə mal-qara, ilxı, qoyun aparırdılar və onlardan istifadə edirdilər. Məhsulların xarab olmaması üçün bəzən qaldıqları yerdə dərin quyular qazır və orda basdırırdılar.

Günəş doğarkən ona səcdə edər, 4 ayaqlı heyvanların ətindən yeyərdilər. Nikah tanımazdılar. Qadın bir neçə kişidən keçdikdən sonra onu alardılar. Belə olan halda çox zaman uşaq atasının kim olduğunu bilməzdi.

Mənbələrin verdiyi məlumata görə Çingiz xan fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olurmuş. Bu məlumata əsaslanaraq tədqiqatçılar hazırda dünyadakı hər 200 nəfərdən birinin Çingiz xanın soyunu daşıdığını iddia edir.

Monqol imperatorluğunun həyata keçirdiyi döyüşlərdə dünya əhalisinin 11 faizinin öldürüldüyü qeyd olunur. Bu isə o dövr üçün 40 milyon insana bərabərdir. İndiki dövrdə bu rəqəm 750 milyon edir. O, təkcə Çində, Xarəzmdə, Azərbaycanda bu qədər insan qətlə yetirməsəydi, bu günkü gündə dünyada 7 milyard yox, 17 milyard insan yaşayardı.

Çingiz xanın fəaliyyətini araşdıranda, məlum olur ki, tarixdən bizə təqdim edilən “monqol” adı bioloji varlıq kimi qətiyyən hər hansı konkret xalqı əks etdirmir. Bu fikri Çingiz xanın sözləri də təsdiqləyir. O, dönə-dönə qeyd edirdi: “İstəyirəm ki, gələcəkdə uğurlarımı və itkilərimi mənimlə bölüşdürən bütün insanları, – hansıların ki, sədaqəti dağ bülluruna bənzəyir, – monqol adlandırım. İstəyirəm ki, onlar bütün nəfəs alanların üzərində hakim olsunlar və Mənim dövlətimin ərazisini bir il müddətinə keçmək olsun.”

Tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq, onun fiziki xüsusiyyətləri ilə bağlı tam məlumat yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızıl saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.

Çingiz xan sağlığında (1225) öz imperiyasını oğlanları arasında bölmüşdü. Onun planına görə, ölümündən sonra oğlanlarından biri “Böyük Xan” seçilməli və qalan xanlar ona tabe olmalı idilər. Çingiz xan 18 avqust 1227-ci ildə vəfat edir.

Çingiz xanın ölümündən sonra “Böyük xaqan” Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci və Tuli arasında bölüşdürüldü. Çingiz xan dəfn edildikdən sonra məzarın gizli saxlanılması və bilinməməsi üçün bir neçə atın qəbirinin üstündə gəzdirildiyi və məzar yerinin sonradan təsbit olunması üçün cənazəyə qatılan hər kəsin öldürüldüyü bildirilir. Mənbələrin verdiyi məlumata görə onları öldürənləridə öldürmüşlər. Göydən uçan quş belə salamat buraxılmamışdır. Bu səbəbdən onun məzarının harada olduğu bilinmir.

Müasir dövrümüzdə Çingiz xanın məzarının açılacağı halda lənət gətirəcəyinə inanırlar və buna görə də məzarın yeri axtarılmır. Əgər Çingiz xan xəzinəsi tapılarsa, fəlakət müharibələr baş verər. XII əsrə qədər dünyanın bütün var-dövləti həmin xəzinədədir. Dünyanın ən kasıb ölkəsi həmin xəzinəni aşkar edərsə, o ölkənin iqtisadiyyatının inkişafı Amerika Birləşmiş Ştatlarınının inkişaf səviyyəsini geri saxlayar.

Onun haqqında nə qədər çoxlu tədqiqatlar aparılsa, irihəcmli əsərlər yazılsa da, bu nəhəng şəxsiyyət tarixin sirri olaraq qalacaqdır.

İnform.az

Baxış sayı: 200