Şərhlər
05.03.2018 / 00:10

Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?- FOTO

Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-
Pərviz Əmiraslanın facebook səhifəsindən:


Bu yaxınlarda məndən müəllim həmkar (Azərbaycan) Elektronika ilə bağlı Alman texnologiyalarından vaxtım olarsa məlumat verməyimi rica etdi. Nə üçün?

Çünki, özü bu sahəni Azərbaycanda inkişaf etdirmək istəyir. Digər müəllimlərin də bunu anlamasını, praktikanın, praktiki vərdişlərin, laboratoriya işlərinin daha çox vacib olmasını anlatmağa çalışır. Buna açığı çox sevindim.

Bu müəllim əslində çox cavan deyil, onun yaşı hal hazırda 64-dür. Baxın, cavanlar belə insanları çox sevirəm. 64 yaşlı bu gənc (bəli gənc deyərdim, onun ruhu daha gəncdir) alim-müəllim nələr etmir sizlər üçün...

Allahdan Rəşid müəllimə can sağlığı arzu edirəm. Belə insanlar əvəzedilməz olurlar...

Qərara gəldim ki, bir neçə kəlimə yazım. Almaniyada hər şey orta məktəbdən başlayır. Xatırlayıram öz qızım 6-cı sinifdə oxuyarkən (yeni başlayırdılar Fizika fənninə ilkin anlayış, giriş olaraq) ev tapşırığı almışdı. Elə bir cihaz düzəltməli idi ki, məktəbdə - fizika kabinetində sübut edərək həm onunla ölçməli, həm də cihazın iş prinsipini yazılı və şifahi izah etməli idi. Qız çox düşündü və nəzəri öyrəndiklərini həyata keçirmək üçün Almaniyada məşhur Elektronik detallar, çihazlar satılan bir mağazaya (CONRAD aldanır bu mağaza və olduqca ucuzdur) getdik və lazım olan hər şeyi aldıq.... İnanın heç bir köməyim olmadı, sadəcə yol göstərdim. Hətta göstərdiyim yoldan daha mükəmməlini özü seçdi. Sonunda hər şeyi istədiyindən də yaxşı etdi.... Nəticə isə "yaxşı" qiymətləndirilmişdi...

Bunu Azərbaycanda 6-ci sinifdə oxuyan məktəbli deyil, Universitetin sonuncu kursunda oxuyan bir tələbənin bacarması hal-hazırda sual altındadır.

Anlaşlandır ki, problemlər var, laboratoriya yoxdur filan.... Amma, kreativlik üçün, düşüncə üçün nə laboratoriya gərək, nə də pul-para.... O zamanların alimlərinin dövründə də laboratoriyalar olmayib....

Keçirəm Almaniyadakı Elektrotexnika və ya Elketronika sahəsinə.... Əvvəllər Elektrotexnika çox vacib olub və indi də belədir. Amma, son zamanların sürətli texnologiyaları ilə bəzi sahələrdə Transfer başladı... indi misal üçün elə kiçik həcmli cihazlar var ki, onlar vasitəsiylə çox çətin problemləri həll etmək olur.... Misal üçün Arduino, Raspberry Pİ kimi texnologiyaları göstərmək olar. Bütün bunlar üçün tək Elektronika bilgisi kifayət etmir, bunun üçün heç Riyaziyyat, Fizika bilgisi də kifayət etməz! Buraya əsasən istək, maraq, istedad, kreativlik və təbii ki, Elektrotexnika, Elektronika baza bilgiləri gərəkir. Əks halda alınmayacaq.

Hətta digər texniki sahələrdə də Elektronika ciddi istifadə edilir və hal hazırda bu sahəsiz texnologiya olmur, yəni indiki əsrimiz Elektrinika əsri sayıla bilər. Bütün videosistemlər, sensor texnologiyaları, sensorfusion və s. hamısının yolu elektronikadan, proqramlaşdırmadan, idarəetmədən keçir. Mexatronika sahəsi də bildiyiniz kimi bir neçə sahəni özündə cəmləşdirir. Yəni, belə daha asan olar gənclər üçün: Mexatronika = Mexanika + Elektronika + İnformatika. Onu da nəzərinizə çatdırım ki, süni-intellekt sahəsində də çox geniş istifadə edilir.

Almaniyada olan KNESTEL, BEOS, SET (Steiner Electronics), BOSCH, SİEMENS, BSH və s. kimi Elektronika sahəsində olan böyük şirkətlər və minlərcə SrartUp-lar, kiçik Firmalar, Laboratoriyalar gündən günə inkişaf etməkdədir. Bəzən nəyə rast gəlir Almaniya? Bir şagirdin StartUp ideyasına və onun beyninin məhsulu olan hər hansı bir Elektronik cözümə görə böyük miqdarda maddi vəsait əldə edilir. Hətta bəzi xirda firmalar ona görə iflasa uğrayır.... Yəni inkişaf çox sürətli və acımasızdır.

Bir neçə şəkil də yerləşdiririəm oğlumun icazəsini aldım şəkillər üçün...

Vaxt edib Elektronika ilə bağlı son Alman texnologiyalarından yazacağam. Bu sadəcə öz qısa düşüncələrim idi. Düşünürəm ki, bu sahədə Ali təhsil almaq istəyənlər, yaxud hal hazırda oxuyanlar nəticə çıxarsınlar və praktiki vərdiş, praktiki bilik nə dərəcədə vacib olduğunu anlasınlar.

Uğurlar diləyirəm Azərbaycan gəncinə.

Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-


Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-


Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-


Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-


Elektrotexnika, elektronika yaxud mexatronika...Hansı?-


İnform.az

Baxış sayı: 636