Hüquq
03.03.2018 / 14:25

Polis olmaq şərəfdi, dəyərini anlayan üçün

Polis olmaq şərəfdi, dəyərini anlayan üçünAzərbaycan polisi dövlətin və xalqın ən çətin anlarında müsəlləh əsgər kimi ərazi bütövlüyümüz uğrunda, eləcə də ölkədə sabitliyin təmin olunmasında qəhrəmanlıq nümayiş etdiriblər. Dağlıq Qarabağ münaqişəsində canını qurban verən polis milli qəhrəmanlarımız,cinayətkarlığa qarşı mübarizədə şəhid olan əməkdaşlarımız gənc nəsil üçün örnəkdir.

İsmayıl Teyyubov 1963-cü ildə Zaqatala rayonu Qas kəndində doğulub. Rayonun Əlibayramlı kənd orta məktəbini bitirib. Polis peşəsinə olan marağı səbəbindən Rusiya Federasiyasının Voronej şəhərinə yollanıb, orta milis məktəbində təhsil alıb. Çernobılda baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.

Vətənin başı üzərini qara yellər alanda, xain düşmən müqəddəs torpaqlarımıza hücum edəndə qəlbində əsl vətən sevgisi gəzdirən İ.Teyyubov silaha sarılıb vətəni yağı düşməndən qorumaq üçün cəbhəyə yollanır. O, Qarabağ ərazisində təcavüzkar erməni qüvvələrinə qarşı keçirilən bir sıra döyüşlərdə şücaət göstərib.

Müharibədən sonra xidmətini Zaqatala Rayon Polis Şöbəsində davam etdirib, qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru vəzifəsində xidmət edib. 2001-ci il iyunun 15-də xidməti vəzifəsini yerinə yetirərkən silahlı cinayətkarların gülləsinə tuş gəlib.

İ.Teyyubov Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli fərmanına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 530