Hüquq
03.03.2018 / 12:05

Azyaşlilar ilk dəfə vəsiqə aldılar

Azyaşlilar ilk dəfə vəsiqə aldılarDaxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər Quba RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, növbəti belə tədbir Quba rayonu Vəlvələ İnzibati Ərazi Vahidliyində baş tutub.

Bu zaman Bərqov, İsnovqışlaq, Gədikqışlaq və digər ətraf kəndlər də daxil olmaqla, ümumilikdə 144 nəfərin sənədləri qəbul edilib. Onlardan 19-u ilk dəfə şəxsiyyət vəsiqələrini alan yeniyetmələrdir.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Azyaşlilar ilk dəfə vəsiqə aldılar


Azyaşlilar ilk dəfə vəsiqə aldılar


Azyaşlilar ilk dəfə vəsiqə aldılar


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 181