Hüquq
03.03.2018 / 11:42

Bu məlumatlarla təhülkədən qorunacaqsınız- FOTO

Bu məlumatlarla təhülkədən qorunacaqsınız-
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə yollarda hərəkətin təhlükəsizliyi, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması məqsədilə, həmçinin narkomaniya və erkən nikahla mübarizə çərçivəsində polis məktəblilərlə görüşləri davam etdirir.

Lənkəran rayonunun Sütəmurdov kənd tam orta məktəbində baş tutan növbəti görüşdə çıxış edən Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bildirib ki, görülmüş profilaktik tədbirlər nəticəsində qəzalarda ölən və yaralananların sayında azalma müşahidə olunur.

Şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilir, bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilir. Tədbirdə xüsusilə valideynlərə tövsiyyə edilib ki, azyaşlılara avtomobillərin etibar edilməsi yolverilməz haldır.

Tədbirdə həmçinin Şəhər Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov tərəfindən narkomaniya və erkən nikah hallarına qarşı mübarizə ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Bu məlumatlarla təhülkədən qorunacaqsınız-

Məhəmməd Rzayev/Polis leytenantı

Baxış sayı: 323