Mədəniyyət
03.03.2018 / 10:57

İspan rəssamın əsəri inanılmaz qiymətə satılıb

İspan rəssamın əsəri inanılmaz qiymətə satılıb
Məşhur ispan rəssam Pablo Pikassonun “Qırmızı jaketli və papaqlı qadın” əsəri Londonda təşkil olunan hərracda 49.8 milyon funt sterlinqə satılıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, satış təmsilçisi Tomas Bompard 1937-ci ildə çəkilmiş tablonun illər sonra bazara çıxarılan ən bahalı əsər olduğunu vurğulayıb.

Alıcı adının gizli saxlanılmasını istəyib.

Bundan əvvəl Pikassonun “Cəzairli qadınlar” əsəri 179 milyon 365 min dollara satılmışdı.

İspan rəssamın əsəri inanılmaz qiymətə satılıb


İnform.az

Baxış sayı: 339