Dünya, Hərbi
02.03.2018 / 16:35

“Afrin əməliyyatında 41 Türkiyə əsgəri həlak olub” - Canikli

“Afrin əməliyyatında 41 Türkiyə əsgəri həlak olub” -
“Türkiyə Silahlı Qüvələrinin Suriyanın Afrin ərazisində keçirdiyi “Zeytun-budağı” əməliyyatı çərçivəsində 41 Türkiyə əsgəri həlak olub”.

Ordu.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli bəyan edib.

“Türkiyə Silahlı Qüvvələrinin itkiləri ilə yanaşı olaraq Azad Suriya Ordusu da itkilər verib. Onların 166 üzvü Afrin əməliyyatı çərçivəsində şəhid olub”, - deyə Canikli bildirib.

O qeyd edib ki, qarşı tərəf, yəni YPG sıralarında döyüşən 2295 terrorçu məhv edilib.

Inform.az

Baxış sayı: 209