Dünya
02.03.2018 / 14:19

Rusiya və Türkiyə XİN başçıları Moskvada görüşəcəklər

Rusiya və Türkiyə XİN başçıları Moskvada görüşəcəklərTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək.

İnform.az APA-nın məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O, səfərin martın 14-də gerçəkləşəcəyini söyləyib.

"Nazirlərin görüşü zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq", - deyə M. Zaxarova söyləyib

İnform.az

Baxış sayı: 180