İdman
02.03.2018 / 12:58

Lempard “Çelsi”yə qayıdır

Lempard “Çelsi”yə qayıdır“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard London klubuna qayıdır.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, “zadəganlar”ın tarixinin ən yaxşı bombardiri olan keçmiş yarımmüdafiəçi UEFA-nın məşqçilik lisenziyasını alıb.

Bu isə Lempardın “Çelsi”nin məşqçilər korpusunda yer almasına şərait yaradıb. Premyer Liqa klubunun rəhbərliyi 39 yaşlı çalışdırıcını gələcəkdə komandanın baş məşqçisi təyin etmək fikrindədi. Bunun üçün isə Lempardın əvvəlcə köməkçi-məşqçi kimi təcrübə toplaması lazımdı.

Qeyd edək ki, 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinmiş Frenk Lempard “zadəganlar”ın heyətində 648 oyunda 211 qol vurub.

İnform.az

Baxış sayı: 200