Baş xəbər, Müsahibə, Hüquq
02.03.2018 / 12:45

"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."- Bəxtiyar Vəliyev(Foto)

"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-

"AZƏRBAYCAN POLİSİ-100"

Əvvəli burada: http://inform.az/index.php?newsid=28223

Bu il Azərbaycan Daxili İşlər Nazirliyinin yaranmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az saytı "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun veteranları, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gəlir.


Bəxtiyar müəllimlə təsadüfən tanış oldum desəm düz olmaz.

Onu Azərbaycan Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə İnform.az saytının başladığı"Azərbaycan polisi" layihəsi çərçivəsində tanıdım.

Tanıdım və hər zaman düşündüyüm bu fikrimə əmin oldum:

"Nə bütün məmurlar pis, nə də bütün qurumlar vətəndaşa biganə deyillər."

Üzündəki mülayimliyi, dodaqlarındakı titrək təbəssümü görən insan, onun bir zamanlar güc strukturalarından birində-POLİS sistemində işlədiyinə inanmaz.

Səmimiyyətinə baxmayaraq onunla söhbətə hardan başlayacağıma bir az tərəddüd edirdim.

"Niyə?"-deyə soruşsanız sualınız cavabsız qalar bəlkə.

Bəlkə də, onun keçmış polsi zabitindən çox, sadə, sıravı bir vətəndaş təsiri bağışlamasından doğurdu bu tərəddüd.

Qəhrəmanımla söhbətə başlamazdan əvvəl, istərdim onun qısa tərcümeyi halını oxucuma təqdim edim:

Polis mayoru Vəliyev Bəxtiyar Vəliağa oğlu 1951-ci ilin oktyabr ayının 20-də Lerik rayonunun Ruvarud kəndində anadan olub.
1968-ci ildə Ruvarud kənd səkkizillik məktəbinin VIII sinfini bitirdikdən sonra, orta təhsilini Çayrud kənd orta məktəbində davam etdirib.
1970-ci ildə orta məktəbi bitirib. Hərbi xidmətə yollanıb. Xidməti bitirdikdən sonra, 1973-cü ildə Moskva vilayətinin Kalininqrad Şəhər Polis İdarəsinin diviziyasında milis nəfəri kimi işə başlayıb.
1976-cı ildə isə Moskvada fəaliyyət göstərən Xüsusi Milis Məktəbində təhsilə qiyabı başlasa da, sonradan əyani davam etdirir.
O vaxtki SSRİ-nin DİN-nin təyinatı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına göndərilir.
Daxili İşlər Nazirinin əmrinə əsasən (1979-cu ilin oktyabr ayında) Nazirliyin Sumqayıt şəhər 5 saylı xüsusi komendantlığına dəstə rəisi vəzifəsinə təyin olunur.
1990-ci ildə Volqoqrad Ali İstintaq Məktəbinin qiyabi şöbəsini bitirib.
Azərbaycan Respublikası DİN-nin 21 yanvar 1991-ci il tarixli Əmri ilə Lənkəran RŞPŞ-nə xidmət üzrə baş müvəkkil vəzifəsinə təyin olunur.
Bir müddət bu sahədə çalışdıqdan sonra 2000-ci ildə onu Liman şəhər (Port-İliç) Pasport şöbəsinə rəis, sonra isə Lənkəran ŞRPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsində baş inspektor vəzifələrində çalışır.
Bəxtiyar Vəliyevin ömrünun üç ili (1991-1994-cü) Qarabağ döyüşlərindən keçib.
29 oktyabr 2007-ci il tarixindən AR DİN-in müvafiq Əmrinə əsasən təqaüdə çıxıb.
Qarabağ Müharibəsi veteranıdır.
Hal-hazırda Lənkəran ŞRPŞ-nin Veteranlar Şurasının sədridir.
Ailəlidir, dörd övladı, yeddi nəvəsi var.


Beləcə, qəhrəmanımızla söhbətə başladım:

-Xoş gördük, Bəxtiyar müəllim. Sizi tanımağıma çox şadam. Sizi tanıdığıma çox şadam. Qarşımdakı bu sənədlər sizin mənalı və şərəfli bir ömür yolu keçdiyinizdən xəbər verir.
Söhbətimizin əvvəlində sizə layihəmizlə bağlı az da olsa məlumat verdim. Bu layihəni başlamaqda məqsədimiz Azərbaycan polisinin tarixindən başlayıb bu günümüzün polisinin maraqlı həyat yoluna qədər oxucularımıza təqdim etməkdi.
Bəs bizim müsahibimiz, ömrünü bu şərəfli peşəyə həsr etmiş Bəxtiyar Vəliyev necə olub bu peşəyə meyl salıb?

-Bəli, polis peşəsi çox ağır bir peşədir. Polis bu gün evdən çıxır bilmirsən o evə qayıdacaq yoxsa yox...Ağır, qorxulu olduğu qədər də şərəfli və məsuliyyətli peşədir.

Polisin tarixini vurğuladınız. Bəli Azərbaycan polisi çox ağır, məşəqqətli tarixi bir yol keçərək bu günümüzə gəlib çatıb.Biz polislərin də həyat hekayələrimiz polis peşəsiylə bağlıdır. Nələr görüb, nələri yaşamırıq?

Nə qədər ki, dünya var, cəmiyyət var cinayətkarlıq həmişə olub, var və olacaq.

Uşaqlıqdan maraqlı idim bu polis peşəsinə. O vaxtın milisini görəndə həsrətlə onun formasına baxardım.

Deyir niyyətin hara, mənzilin də ora. Mən də mənzilimi polisdə tapdım.

Allah rəhmət eyləsin Ulu Öndərə. Polisə çox böyük dəyər verirdi. İndi də onun layiqli varisi bu işi davam etdirir.

Nazirimiz hörmətli Ramil müəllim də həmişə bizlərin qayğısına qalır, problemlərimizlə maraqlanır, kömək edir. Biz veteranlara qayğısı ikiqat artıqdır.

"Biz veteran polislərin təqaüddə olduğumuz dönəmdə işimiz nədən ibarətdir?" -deyə sual versəm deyərsiniz ki, "İstirahət etməkdə."

Mənsə bu cavabı təsdiq etmədən deyirəm:

Xeyr, əksinə. İndi daha çox işləməliyik. Bilirsiniz niyə? Çünki cavan polis əməkdaşlarının bizlərin məsləhətinə, köməyinə ehtiyacları var.

Bilirsiniz, bizim işlədiyimiz dönəm çox çətin vaxtlar idi.Həm cinayətkarlarla mübarizə aparır, həm də torpaqlarımızı düşməndən qorumaq üçün ön cəbhədə vuruşurduq.

Ayrı-ayrı vaxtlar qrupda baş inspektor idim, ona görə məni ön cəbhəyə yollayırdila r.Şuşada, Cəbrayllda, Laçında, Cəbrayılın Dolanlarında olmusam. Nə qədər polis əməkdaşı, səhv etmərəmsə min nəfərə yaxın şəhidimiz olub.

Elə bizim Lənkəran Polis Şöbəsindən polis leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev həmin döyüşlərdə qəhrəmancasına həlak oldu.

Mənim öz doğma qardaşım da elə Qarabağın qurbanı oldu, o döüyşlərdə sağlamlığını itirdi və...

Heç yadımdan çıxmaz onun son anları...Xəstəxanada idi...

Mən yigilmis silahları aparmışdım nazirliyə təhvil verməyə. Dedim Bakıya gəlmişkən gedim qardaşıma da baş çəkim.

Qardaşım Hacıbəy Vəliyev polis mayoru idi, Nəsimi rayonundakı 21-ci polis bölməsində baş sahə inspektoru vəzifəsində çalışırdı.

"Kubinka" adlanan ərazinin "bərk gedən" igidləri ondan çəkinirdilər. Hər hansı bir "razborka" olurdusa, Hacıbəyin gəldiyini eşidən kimi hamı dağılışırdı.

Onun kimi cür güclü, bacarıqlı polislərə həmişə ehtiyac var. Qardaşım Qarabağ döyüşlərində də fədakarlıq göstərmişdi.

Cəbhəyə ezam olunan polis taborunda ona bölük komandirliyi tapşırılmışdı. Tabeçiliyindəki polis işçiləri ilə birlikdə ən təhlükəli mövqelərdə döyüş əməliyyatlarında olurdılar.

1993-cü il oktyabr ayının 21-də Güləbird əməliyyatı yaddaşında silinməz iz qoymuşdu. Tez-tez xatirlayırdı o günü...

Qubadlının Muradxanlı kəndindən Laçının Güləbird kəndi istiqamətində hərəyə on nəfərlik iki dəstə ilə kəndlərin müdafiəçilərinə kömək göstərmək əmri verilir.

Həmin vaxt Haçıbəy başçılıq etdiyi dəstə ilə üzümlükdən və çaydan keçməli olurlar.

Çayın ortasına çatanda ermənilər onları güclü atəşə tuturlar. İki saata yaxın bir vaxtda suya uzanıb atəşin susmasını gözləyirlər.Tələfata yol verməmək üçün başqa istiqamət seçirlər.

Beləcə sağ-salamat kəndə girib erməniləri geri oturdurlar. Elə o suda uzanmağın da güdazına getdi. Ciyərləri sağalmaz dərdə düşdü. Bu şəkil onun kursant olduğu vaxtda çəkilib.

"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-

Nə deyim, bu vətən bizimdisə hər əzabın çəkməyə hazır olmalıyıq həmişə.

Qayıdaq mənim polis orqanlarındakı xidmətimə.

Mənim vətəndə işə başladığım dövr çox gərgin dövr idi. Bir yandan mitiqnlər, bir yandan cinayətkarlar. Gecəmizi gündüzümüzə qatıb işləyirdik.Yuxu nədir həsrət idik.

Burda da tez-tez mitinqlər keçirilirdi, aləm qarışmışdı.

Hər kəslə sakit davranmaq əsas idi. Çünki insanlar onlara olan münasibətə çox həssas idilər həmin dövrlərdə. Min şükürlər olsun ki, o günlər geridə qaldı.

İndi güclü bir dövlətə sahibik.

Rəhmətlik Ulu öndər Azərbaycan polisinin yaranmasının 84-cü ildönümü münasibətilə "Respublika" sarayında keçirilən möhtəşəm tədbirdəki çıxışında belə bir fikir söyləmişdi, onu özümçün qeyd etmişəm o vaxtdan.

(Dəftərçəsini vərəqləyir...)

"Sizin bir çoxunuz ölkəmiz dövlət müstəqilliyini əldə edənə qədər Azərbaycanda, Sovetlər İttifaqının daxili işlər orqanlarında işləyibsiniz, faydalı işlər görübsünüz, xalqımıza xidmət etmisiniz, böyük peşəyə sahib olubsunuz. Ancaq bugünkü günümüzün o dövrdən fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik, biz bu gün azadıq. Biz heç bir mərkəzdən asılı deyilik. Heç bir dövlətdən asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər polisin 84 illik yubileyini bir balaca dərindən təhlil etsəniz, görərsiniz ki, polis olub, xalqına xidmət edibdir. Amma polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır."
O gündən 16 il keçir. Bu on altı ildə polisimiz daha da qüvvətlənib, DİN-nin hərbi birləşməsi olan Daxili Qoşunların sıraları savadlı, intelektual səviyyəli, əsil zabitlərlə möhkəmlənib.
Milli polisimiz bu dövlətin hər bir vətəndaşının təhlükəsizliyini, xalqın rahat, əmin-amanlıq şəraitində yaşamasının təminatçısıdır.

-Ömrünüzün yarı hissəsini polisə xidmətdə keçmisiniz. Polisə elə bir vaxtda gəldiniz ki, hərc-mərcilik baş almışdı. Zaman başqa zaman idi.
İndi isə güclü dövlətimiz var. Amma bu gün vətəndaşla polis arasında müəyyən soyuqluq var.Bu soyuqlugun səbəbi nədir?

Hər gün demək olar ki, KİV də izləyirik, kobud polislər haqqında yazılır, internet kanallarında yayımlanır, görürük.

Yaxsı polislərimiz də az deyil. Polisi işə götürəndə atestasiyami keçirmək lazimdi ki, vətəndasla normal rəftar etməyi bacarmayanlar işə götürülməsinlər? Və yaxud nə etmək lazımdır ki, polislə vətəndaş arasındakı buzlar ərisin?

Necə etmək olar ki vətəndaş hiss etsin ki, polis onun dayagidir, polis olmasa vətəndaş cinayət baş verən zaman hec nə edə bilməz təkbaşına, polis olmadan?


-Sizə bir şey deyim. Mən Veteranlar Şurasının sədri kimi şöbədə çox oluram. Lənkəranın bəxti onda gətirib ki, bizə gələn rəislərin çoxu obyektiv, savadlı vətəndaşla isti münasibət quran insanlar olublar.

Ay bacım, tək polisdə günah yoxdu. Bilirsiniz, bəzi insanlar azadlığı hərc-mərclikdə görürlər.

Azadlıq bu deyil. Biz azadlıqın nə olduğunu və bu azadlığın əldə olunması üçün necə igidlərimizin canlarından olduqlarının canlı şahidləriyik. İnsan gərək öz hüququnu bilə, vəzifəsini, məsuliyyətini anlaya.

Təbii bütün sahələrdə olduğu kimi polisdə də təsadüfi adamlar var.

Bizim zamanda oktyabryat, pioner, komsomol və gənclər təşkilatları var idi. Onlar iş aparardılar gənclərlə, hətta ibtiadi sinifdən başlayardı təlim-tərbiyə.

İndi isə uşaq 3 yaşa çatdımı, əlinə verirlər telefonu, planşeti ya da oturdurlar televizorun qarşısında ki, "multik"ə bax, səsini şıxarma, çox sual vermə.

Valideyn bir şeyi anlamır ki, övladını belə tərbiyə verməklə uçuruma hazırlayır.

Polisi hamı qınayir. Amma qinamadan öncə düşünsünlər 24 saat işləyə bilərlərmi polis kimi istirahət nədir bilmədən?

Məsələn, gecə də gəlsəm şöbəyə rəisin və müavinlərin, eləcə də əməliyyatçıların otaqlarında işıqların yandığını görurəm. Soruşanda "işləyirlər" cavabın alıram.

Rəisimiz İslam Hümbətov, müavinləri Faiq müəllim, Elsever müəllim. Çox səmimi, çox gözəl insanlardılar. Mənim onlar haqqında dediyim bu fikirləri kimsə nəyəsə yozmasın. Mən hər zaman həqiqəti demişəm, yenə də deyirəm.

Polis əməkdaşlarının arasındakı təsadüfi adamların sıradan çıxarılması üçün vətədaşın polisə kömək etməsi lazımdı. Polisə inanması lazımdı. Polisdən qorxub, bildiyi cinayət hallarını gizlətməməsi lazımdı.

Birdə ki, ay bacım, insan xislətidir bu, bir insana nə qədər pisdi desən, o daha da kobudlaşar, qisas almağa çalışar. O pis dediyimiz insanın ola bilməz ki, heç bir yaxşı əməli olmasın. Biz o yaxşını görməyi bacaraq, onun kobud hərəkətini görəndə, yaxşısını ona xatırladaq. Bax onda hər şey başqa cür olar.

-Yəqin ki, müxtəlif mövzularda görüşləriniz olur orta, orta ixtisas və Ali məktəblərdə. Bu görüşlərdən danışardınız mümkünsə.

-Biz tez-tez dediyiniz təhsil, elm müəssisələrində gənclərlə tərbiyəvi mövzularda görüşlər keçiririk.

Erkən nigah, narkotik maddələrin, bitkilərin zərərli xüsusiyyətlərindən, ailə zəminində yarana biləcək münaqişələrin qarşısının alınması üçün aparılan profilaktik tədbirlər keçirdəyimiz görüşlərin əsas mövzusunu təşkil edir.

Deyərdim ki, tərbiyə ailədən başlayır, cəmiyyətdə bu tərbiyə təkmilləşir.

Bizim vaxtlarda orta məktəbdən başlayardı əməyə sevgi. Məktəblərdə yay tətili vaxtı əmək sessiyaları olardı. Yeşik tikməyə gedərdik, əkin-biçinə gedərdik. Əmək dərslərimizdə bizlərə zəhmətin bəhrəsinin ləzzətini anladardılar müəllimlərimiz.İndi isə hər şey fərqlidir...Hamı rahat həyat istəyir, işləmək isə istəmir.

-Bəxtiyar müəllim, gənc polislərimizə, gənclərimizə nə məsləhət verərdiniz?

-M.Y.Lermantovun gözəl bir kəlamı var:"Mübarizəsiz həyat olduqca cansıxıcıdır."

Hər bir insan yaşadığı ömür boyu öz məqsədləri, ideyaları uğrunda mübarizə aparır. Amma elə mübarizə aparılmalıdır ki, insan dünyasını dəyişəndə bu mübarizə ona "rəhmət" qazandırsın, "lənət" yox.

Gənclərimizə, gənc polislərimizə ən birinci məsləhətim İNSAN adını qorusunlar, vətəndaşlarla normal münasibət qurmağı bacarsınlar.

Bu vətən bizə əmanətdir. Bu vətənin övladlarını qorumaq da bizə əmanət olunub.Bunu unutmasınlar.

Ulu Öndərə Allah rəhmət eyləsin, bayaq da dedim polisə böyük dəyər verərdi.

Polis olan kəs bu adın müqəddəsliyini qorumağı bacarmalıdır. Elə etməlidir ki, polisə sevgi çoxalsın, nifrət aradan qalxsın.

Gənc polislərimiz öz savadlarını, intelektlerini artırmaqdan çəkinməsinlər. Savadı olan hər kəs hansı işdə olmasına baxmayaraq insanlarla münasibət qurmaqda çətinlik çəkməz. İşinin məsuliyyətini daha dərindən anlar.Biz belə görmüşük bacım.

Mövzu genişdi, günlərlə danışsaq yenə vaxt çatmaz.

-Qarşıdan Prezident seçkiləri gəlir. Sizin seçiminiz məlum ki, İlham müəllim olacaq.

-Ondan başqa kim olar ki, əzizim. Əlbəttə ki, seçimim İlham Heydər oğlu Əliyev olacaq. Mənim də ailəmin də.

Baxın bir ailədə beş uşaq varsa, ata onların hər birinə eyni cür vaxt ayrıb, qayğı göstərə bilmir. Ata evin sahibidir, böyüyüdür.

Ölkə rəhbəri də həmçinin. Dövlət bir ailədir, onun rəhbəri isə bu ailənin sahibi. Onu övladları da başa düşməlidirlər, ona müsbət əməlləri ilə yardlmçı olmalıdırlar.

Bəxtiyar müəllimlə sağollaşıb, Veteranlar Şurası üçün ayrılmış otaqdan çıxanda, iki polis əməkdaşının ona yaxınlaşıb:"Salam, Bəxtiyar əmi, necəsiniz? Nə qullluğunuz, qulluğunuzda hazırıq"-deyərək əl verib görüşdüyünün şahidi oldum.

Onlardan ayrıldım, amma yol boyu beynimə bu cümlələr həkk olundu:

"Bu idi kürsüsündən, imkanlarından asılı olmayaraq insana verilən dəyər, onun qazandığı hörmət..."

"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


"Polis evdən çıxdımı, geri dönəcəyinə ümid yoxdu, çünki..."-


Xalidə Xalid/İnform.az

Baxış sayı: 4499