Baş xəbər, Hüquq
01.03.2018 / 14:34

“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” - Polisin məktəblilərlə görüşü (Foto)

“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” -
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına şəhər 7 saylı tam orta məktəbində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə, tədbirdə həkim-narkoloq, rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.

Hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniya ön sıralarda dayanır və bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də gözəl, nümunəvi cəmiyyətin formalaşmasına öz mənfi təsirini göstərir.

Mərkəzi rayon xəstəxanasının narkoloji şöbəsinin həkimi Hilal Quliyev isə çıxışında narkotik maddələrin insan orqanizminə vurduğu dağıdıcı təsirlərdən, səbəb olduğu acı nəticələrdən danışıb. Həmçinin onu da qeyd edib ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür.

Narkotiklərdən istifadə edənlərin erkən müraciəti bir çox hallarda uğurlu müalicə ilə nəticələnir.

Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.

“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” -


“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” -


“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” -


İnform.az



Baxış sayı: 408