Elm-təhsil
01.03.2018 / 14:14

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilibBu gün AMEA Mikrobiologiya İnstitutunda 1mart Ümumdünya Mülkü Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə İnform.az-a İnstitutun İctimayyətlə əlaqələr şöbəsinin müdiri Nərminə Hidayətqızı məlumat verib.

Tədbiri giriş sözü ilə açan institutun Mülkü Müdafiə .qərargah rəisi Bəxtiyar Yunusov Beynəlxalq Mülkü Müdafiə təşkilatının qərarı ilə 1972- ci ildən etibarən bütün ölkələrdə martın 1-nin Ümumdünya Mülkü Müdafiə günü kimi qeyd edildiyini bildirdi.

Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olduğunu söyləyərək B. Yunusov əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülkü müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu xüsüsən vurğuladı.

Diqqətə çatdırdı ki, Mülkü Müdafiəin əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması və bu istiqamətdə profilaktik tədbirlər planı həyata keçirərək maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının anında alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsidi.

Bütövlükdə ümumdünya Mülki Müdafiə günü tədbirlər planına uyğun olaraq bu gün aktual olan ”Mülkü Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların efektiv idarə olunması” mövzusu üzrə kecrilən tədbirlər planı işçilərin maariflənməsinə xidmət edir.

Daha sonra tədbir iştirakçıları ilə institutda olan mövcud vəziyyətdə görüləsi vacib olan təhlükəsizlik tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Natiq onu da qeyd etdi ki, bu günün beynəlxalq səviyyədə keçirilməsində əsas məqsəd dünya ictimayyətinin diqqətini mülkü müdafiə xidmətinə,insanların və onların əmlakının is yerlərinin təhlukəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəlmişdir.

İnform.az

Baxış sayı: 262