Din
01.03.2018 / 10:48

“Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib- FOTO

“Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib-
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun N.Əliyev adına Lüləkəran kənd tam orta məktəbində “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında ətraflı məlumat verərək, milli-mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini qeyd edib. A.Həsənov, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin təbliğ olunmasıdır.

Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək,gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin vacibliyini vurğulayıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib-


“Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib-


İnform.az







Baxış sayı: 276