Baş xəbər, Hüquq
01.03.2018 / 09:00

"Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 202