Baş xəbər, Hüquq
28.02.2018 / 17:44

Daxili İşlər Nazirliyi müsabiqə elan edir

Daxili İşlər Nazirliyi müsabiqə elan edirDaxili İşlər Nazirliyi Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar Daxili İşlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edir.

Bu barədə İnform.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatda müsabiqələrin mövzuları və keçirilməsi qaydaları öz əksini tapır.

Müsabiqənin şərtləri:

1. Azərbaycan Polisinin yaranma tarixi və təşəkkülü;

2. Respublika daxili işlər orqanlarının sovet dönəmindəki fəaliyyəti və əldə etdiyi təcrübə. Milis əməkdaşlarının 1941-1945-ci illər müharibəsi dövründəki fədakar xidmətləri;

3. Azərbaycan Polisinin müstəqilliyin ilk illərində topladığı təcrübə. Hüquqi dövlət quruculuğu prosesində, ölkədə kriminogen vəziyyətin nəzarətə alınması, asayişin və sabitliyin bərpası və qorunması;

4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüşyolu;

5. Ağır və xüsusilə ağır cinayətlərin açılmasında, dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, istintaqının aparılmasında polisinfədakar xidməti;

6. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti;

7. Azərbaycan Polisinin beynəlxalq əməkdaşlığı,beynəlxalq polis təşkilatları ilə əlaqələri;

8. Respublika Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, xidmətin müasir tələblərs əviyyəsində təşkili. Ölkəmizdə asayişin daha müasir metodlarla qorunması üçün yaradılan yeni struktur

9. təsisatları və onların

10. informasiya texnologiyalarının tətbiqinə əsaslanan fəaliyyətinin nəticələri;

11. Polisin kadr özəyinin təkmilləşdirilməsində və daha da gücləndirilməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu;

12. DİN-in tibbmüəssisələrin də yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi;

13. Daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığı. İdmançı əməkdaşların qazandıqları uğurlard DİN-in İdmanCəmiyyətinin rolu;

14. Polisin ictimaiyyətlə əlaqələri;

Müsabiqə “Ən yaxşı televiziya filmi (verilişi)”, “Ən yaxşı oçerk” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə keçirilir.

Təqdim olunan televiziya filmi (verilişi), hekayə və mahnıya verilən tələblə
r:

1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

2. Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır.

3. Müsabiqə üçün hazırlanmış əsərlər Daxili İşlər Nazirliyində yaradılmış XüsusiKomissiyaya təqdim olunmalıdır.

Əsərlərin qəbul qaydaları:

1. Hər hansı televiziya kanalında yayımlanan televiziya filmi (verilişi), mahnı diskdə, oçerk dərc olunduğu mətbuat orqanından (qəzet, jurnal) – 1 nüsxə

2.Əsərin elektron variantı (Arial (12) şriftində -CD diskdə) – 1 nüsxə

3.Əsərin A4 formatda çap olunmuş variant-mahnının partiturası

(Müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə


Tələb olunan sənədlər:

1.İştirakçı haqqında məlumat

2.Şəxsiyyət vəsiqəsi və surəti

3.Şəxsi VÖEN vəsurəti

4.Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasındaaçılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd)

Daxili İşlər Nazirliyinə təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

- Müsabiqə 2018-ci i lfevralın28-də başlayır, mayın 30-da başa çatır.

- Yaradıcılıq işləri hər gün(bazar günündənbaşqa) saat 10:00-dan 16:00-dək Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə şəxsin özü tərəfindən təqdim olunmalıdır.

-Sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda əsər müsabiqəyə buraxılmır.

QEYD: Regionlarda fəaliyyət göstərən yaradıcı şəxslər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.

Qiymətləndirmə meyarları:

– mövzunun əhatə olunması, araşdırma, əsaslandırma

– materialın tamaşaçı, dinləyici, oxucu üçün informasiya payı

– təqdim olunan əsərin dil və üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi

–obyektivlik, qərəzsizlik, tərəfsizlik və məsuliyyət

–ictimai maraqların müdafiəsi

Əsərlər 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
Müsabiqəyə təqdim olunmuş əsərlərin mükafatlandırılması;


Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:

I yer
- 3000 AZN
II yer- 2000 AZN
III yer- 1000 AZN

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

-Təqdim olunan əsərin mövzusu

-Müəllifin adı, soyadı, atasının adı

-Mətbuatda təxəllüsü (əgər varsa)

-İşlədiyi orqan, yaxud üzvü olduğu yaradıcılıq təşkilatı

Ünvanı və poçt indeksi:

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7
Əlaqə telefonları:(012) 590 98 10, (012) 590 20 25;
Elektron ünvan:metbuat@mia.gov.az


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Baxış sayı: 142