Hüquq
28.02.2018 / 17:12

Polis Şahsevən əhalisini sevindirib- FOTO

Polis Şahsevən əhalisini sevindirib-
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Beyləqan RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Fevralın 27-də rayonun Şahsevən kəndində baş tutan tədbir zamanı ümumilikdə 126 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onların arasında ilk dəfə şəxsiyyət vəsiqəsi alanlar da olub. Həmçinin əlil və fiziki qüsurlu vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün polis əməkdaşları 4 sakinin evində olub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları bu cür tədbirlərin digər kəndlərdə də keçiriləcəyini bildirdilər.

Polis Şahsevən əhalisini sevindirib-


Polis Şahsevən əhalisini sevindirib-


Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 285