Diaspora Akademiyası, Dünya
28.02.2018 / 14:55

Makedoniya Prezidenti mart ayında Azərbaycana səfərə gələcək

Makedoniya Prezidenti mart ayında Azərbaycana səfərə gələcək
Makedoniya Respublikasının Prezidenti George İvanovmart ayında Azərbaycana səfər edəcək. Səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir. G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumdaAlbaniya Respublikasının Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcək. Forumun işində ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri,Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolukimi mövzular barədə müzakirələr aparılacaq.

İnform.az

Baxış sayı: 144