Maqazin
28.02.2018 / 11:38

Nağılbazın halı qəfildən pisləşib

Nağılbazın halı qəfildən pisləşib
Bir müddət əvvəl keçmiş həyat yoldaşı tərəfindən təhdid olunan tanınmış reper Anar Nağılbazın səhhəti qəfildən pisləşib.

Əldə edilən məlumata görə, Nağılbazı özünə gətirmək üçün təcili yardım maşını çağırılıb. Hazırda reperin ev şəraitində müalicə aldığı deyilir.

İnform.az
bildirir ki, yenicag.az- reperlə əlaqə saxlayaraq, vəziyyəti ilə maraqlanıb. O, səhhətinin qəfildən pisləşdiyini bildirib:

“O hadisələrdən sonra, bilirsiniz ki, səhhətimdə ciddi problemlər yarandı. Uzun müddətdir ki, müalicə alıram. Bir neçə gün əvvəl halım qəfildən pisləşdi, həkimlər məni kritik durumdan çıxartdılar. Amma ürəyim çox zəifdir, həkimlərin dediyinə görə, nəzarət altında olmalıyam. İndi də yanımda tibb bacısı var, bir azdan sistem köçürüləcək. Ürək təzyiqim hazırda 40-dır”.

İnform.az

Baxış sayı: 604