Sosial
28.02.2018 / 09:34

Rayon icra hakimiyyəti başçılarının müavinləriniylə bağlı yeni QƏRAR

Rayon icra hakimiyyəti başçılarının müavinləriniylə bağlı yeni Azərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib.

İnform.az APA-nın məlumatına istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.

İnform.az

Baxış sayı: 232