Hüquq
27.02.2018 / 17:23

Şirvan şəhər sakini saxlanılıb

Şirvan şəhər sakini saxlanılıbŞirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Şirvan şəhər sakini sakini İlkin Əskərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan ümumi çəkisi 256,816 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 348