Din, Qarabağ
27.02.2018 / 17:00

“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib- FOTO

“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tükəvilə kənd tam orta məktəbində “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən Məlumata görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova, Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova çıxışındaXocalı soyqırımının ermənilər tərəfindən xalqımıza qarşı qəddarlıqla törədilmiş cinayət olduğunu bildirib. G.İsmayılova Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. R.Hüccətov gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin, həmçinin elm və təhsilin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib.

E.Həmidli dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, DQİDK-nin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri, həmçinin Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb.

Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Tədbirin sonunda məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya və Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.

“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


“Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 258