Diaspora Akademiyası, Gündəm
27.02.2018 / 17:10

Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib- FOTO

Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-
Moldova Azərbaycan Konqresinin gənclər təşkilatı ilə Moldova Azərbaycanlı Tələbələr Birliyi Moldovanın paytaxtı Kişinyovun mərkəzi meydanında yerləşən Ştefan Şel Mare heykəlinin önündə fleşmob keçirib və Moldovadakı Ermənistan Səfirliyinədək yürüş təşkil ediblər.

Gənclərin aksiyası yerli əhalinin diqqətini Xocalı faciəsinə çəkmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyıb. Yürüş zamanı aksiya iştirakçıları yolboyu Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər və broşüləri Kişinyov sakinlərinə və turistlərə paylayıb.

Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət", "Aqresiyaya son", "Qarabağ bizimdir və bizim olacaq", "Serj Sarkisyan terroristdir" şüarları ilə Moldovadakı Ermənistan Səfirliyinin önünə qədər yürüş edərək orada aksiya davam ediblər.

Moldova Azərbaycan Konqresinin gənclər təşkilatının sədri Səfər Məmmədov aksiya iştirakçıları önündə çıxış edib, dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.

Moldovada Azərbaycanlı Tələbələr Birliyinin sədri Orxan Ağayev yerli mediaya çıxışında qeyd edib ki, keçirilən aksiya ilə Moldovada yaşayan Azərbaycan gəncləri bütün dünyaya erməni işğalçılarının dinc sakinlərə qarşı törətdiyi amansız cinayətlərini tanıtmaq istəyirlər.

Sonda aksiya iştirakçıları tərəfindən BMT və ATƏT-in Moldovadakı nümayəndəliklərinə Xocalı soyqırımın tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbinin əks olunduğubəyanat oxunub.

Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-


Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-


Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-


Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-


Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib-


İnform.az

Baxış sayı: 214