Elm-təhsil
27.02.2018 / 16:27

AMEA İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib- FOTO

AMEA İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya  qəbulun nəticələri müzakirə edilib-
Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə keçən iclasda bölməyə daxil olan elmi müəssisələrin 2017-2018-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələri müzakirə olunub.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iclasda dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Mövzular seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almaq, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük vermək və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyi vurğulanıb.

Bölmə müzakirələrdən sonra qəbulun nəticələrini təsdiq edərək mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

AMEA İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya  qəbulun nəticələri müzakirə edilib-


AMEA İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya  qəbulun nəticələri müzakirə edilib-


İnform.az



Baxış sayı: 229