Diaspora Akademiyası, Gündəm
27.02.2018 / 14:04

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub- FOTO

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub-
Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib. Şəhərin “De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan prorqam Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib.

Tədbirdə həmçinin Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Azərbaycanla bağlı öz fikirlərini bölüşüb.O, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyib, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzulayıb.

Rekviyem-konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, bəstəkar-pianoçu Abuzər Manafovun “Xocalıya” əsəri, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər musiqilər səsnləndirilib.

Təbdirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Disporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov,Hollandiyanın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, Azərbaycanın media qurumlarının rəhbərləri iştirak edib.

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub-


Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub-


Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub-


Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub-


İnform.az

Baxış sayı: 179