Hüquq
27.02.2018 / 13:55

Xidməti borca sədaqət nümunəsi

Xidməti borca sədaqət nümunəsiAzərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində keçilən hər addım yola, bu şərəfli tarixin hər gününə boylanıb baxanda Vətənə sədaqət, dövlətə, dövlətçiliyə, xalqa sədaqətin nümunəsini görürük.

Torpaqlarımızın müdafiəsində şəhid olan eləcə də ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən mərdliklə həlak olan polislərimizin keçdiyi yol heç zaman unudulmayacaq.

Daxili işlər orqanlarında bütün şəhidlərimizin, xidməti borcunu yerinə yetirərkən həlak olan əməkdaşların xatirəsi daim əziz tutulur və hər il yad edilir. Novruzəli Süleymanov və Vaqif Bayramov da həmin şərəfli yolda birgə həlak olan əməkdaşlarımızdandır.

Polis baş leytenantı Novruzəli Süleymanov 1949-cu ildə Sabirabad rayonunda anadan olub. 1956-cı ildə Sabirabad şəhər orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 1973-cü ildə Krasnodar vilayətinə hərbi xidmətə yollanıb. Xidməti bitirdikdən sonra Sabirabad Rayon Polis Şöbəsində DYPB-də müxtəlif vəzifələrdə xidmət etməyə başlayıb. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və “müharibə veteranı” olub. 27 fevral 1995-ci ildə Sabirabad rayonunun Qaratəpə kəndində xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Vaqif Bayramov 1960-cı ildə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. V.Bayramov 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Almaniyada hərbi xidmətə yollanıb. 1982-ci ildən Sabirabad Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət etməyə başlayıb. 27 fevral 1995-ci ildə Sabirabad rayonu Qaratəpə kəndində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub.
Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 237