Gündəm, Qarabağ
26.02.2018 / 14:40

Sovet kəşfiyyatçısı: Ermənilər azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular

Sovet kəşfiyyatçısı: Ermənilər azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular"Ermənilər ruslara məxsus "02-19–MM" nömrəli "KAMAZ"la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim".

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş, Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik Vladimir Savelyev Xocalıda baş verən hərbi cinayətlər barədə hazırladığı və BMT-yə, Avropa Şurasına təqdim etdiyi "Məxfi arayış"ında qeyd edib.

Polkovnik V.Savelyev xatırladır: “Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm: 1. Polkovnik B.Baymukov — arxa cəbhə üzrə alay komandirinin müavini; 2. Polkovnik İ.V.Moiseyev — birinci batalyonun komandiri; 3. Mayor S.İ.Ohanyan — ikinci batalyonun komandiri; 4. Mayor E.A.Nabokix — üçüncü batalyonun komandiri; 5. Mayor V.İ.Çitçiyan — birinci batalyonun qərargah rəisi; 6. Mayor V.Q.Hayriyan — alayın kəşfiyyat rəisi; 7. Baş leytenant O.V.Mirzaxayzarov — rota komandiri; 8. Baş leytenant S.V.Xrinxua— kəşfiyyat bölməsinin rəisi; 9. Baş leytenant V.N.Qarmaş — tank rotası komandiri; 10. Baş leytenant N.T.Hakopyan — rota komandiri; 11. Baş leytenant V.İ.Valilovski — rota komandiri; 12. Baş leytenant A.B.Lısenko — bölmə komandiri; 13. Baş leytenant V.A.Azarov — batareya komandiri; 14. Baş leytenant İ.S.Abraimov — tank əleyhinə batareya komandiri; 15. Leytenant O.V.Balezni — üçüncü tank rotasının komandiri; 16. Leytenant A.V.Smakin — tank bölməsinin komandiri; 17. Leytenant S.İ.Raçkovski — mühəndis-istehkam rotası komandiri; 18. Leytenant V.İ.Bondaryev — kəşfiyyat rəisinin müavini; 19. Leytenant A.İ.Kulov — radiokimyəvi bölmənin rəisi; (eləcə də 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər)".

V.Savelyev qeyd edib ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da polkovnik İvan Moiseyevin batalyonu olub. Bu batalyon da ermənilər arasında "İvanın vəhşi batalyonu" kimi tanınıb: "Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı".

İnform.az

Baxış sayı: 235