Hüquq
26.02.2018 / 14:20

Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərə hökm oxunub

Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərə hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnform.az APA-nın məlumatına istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, V. Abdullayev 10 il, R. Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R. Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova və daha iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

İnform.az

Baxış sayı: 188