Diaspora Akademiyası, Gündəm
26.02.2018 / 13:10

Kiyevdə yerli ictimai-siyasi xadimlərin iştirakı ilə Xocalı qurbanlarının xatirəsi yad edilib

Kiyevdə yerli ictimai-siyasi xadimlərin iştirakı ilə Xocalı qurbanlarının xatirəsi yad edilibKiyevdə yerli ictimai-siyasi xadimlərin iştirakıilə Xocalı qurbanları anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib.

Ukrayna Dövlət İnformasiya Agentliyi “Ukrinform”un binasında təşkil olunan tədbirdə Ukrayna Ali Radasının deputatları, siyasi və ictimai xadimləri iştirak edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktı, Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi və hələ də işğal altında saxlaması faktlarını iştirakçıların diqqətinə çatıdrıb.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov, Ali Radanın millət vəkili Serqey Melniçyuk,Krım tatarları və yəhudi icmalarının nümayəndələri çıxış edərək bu faciəni törədənlərin hələdə cəzasız qalmasından narahatlıqlarını ifadə ediblər.

İnform.az

Baxış sayı: 191