Diaspora Akademiyası, Gündəm, Qarabağ
26.02.2018 / 12:37

Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib

Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib
Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" yürüş-aksiya keçirilib.
Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə baş tutan aksiyanın iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, "Abxaziyaya və Osetiyaya ədalət", “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirib.

Xocalı soyqırımının tanıdılması və təbliği üçün "Borçalı İrəli" İctimai Birliyinin gürcü dilində çap etdirdiy bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

"Borçalıİrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov jurnalistlərə açıqlamasında bildirib ki, aksiyanın məqsədi əsrin ən dəhşətli və faciəli soyqırımı olan Xocalı qətliamını tanıtmaq və ona hüquqi qiymət verilməsinə nail olmaqdır, aksiya çərçivəsində paytaxt sakinlərinə, eləcədə qonaqlara Xocalı soyqırımı haqqında geniş və dolğun məlumat verilib.

Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib


İnform.az

Baxış sayı: 161